Strict Standards: Declaration of vB_Database_MySQLi::db_connect() should be compatible with vB_Database::db_connect($servername, $port, $username, $password, $usepconnect) in /home/arkabahc/public_html/forum/includes/class_core.php on line 1095

Strict Standards: Declaration of vB_Database_MySQLi::select_db_wrapper() should be compatible with vB_Database::select_db_wrapper($database = '', $link = NULL) in /home/arkabahc/public_html/forum/includes/class_core.php on line 1095

Deprecated: Non-static method vB_Shutdown::init() should not be called statically, assuming $this from incompatible context in /home/arkabahc/public_html/forum/includes/class_core.php on line 2294
Arka BahÇe Forumu - Tekil Mesaj Gösterimi - 2008 Eurovision
Tekil Mesaj Gösterimi
  #28  
Eski 26-05-2008, 18:42
AnnE - ait Avatar
AnnE AnnE bağlı değil
.
 
Üyelik Tarihi: Feb 2006
Bulunduğu Yer: Suriçi
Mesajlar/Teşekkür sayısı: 606/518
314 Mesaj ına 5527 Kere teşekkür edildi
Tanımlı Azərbaycan uzun illər müsabiqədə iştirak edən ölkələri geridə qoyaraq 8-ci yerə layiq

Belqradda “Avroviziya-2008” mahnı müsabiqəsi başa çatmışdır.
AzərTAc xəbər verir ki, müsabiqədə Azərbaycanı təmsil edən Elnur Hüseynov-Samir Cavadzadə dueti “Day after day” mahnısı ilə finala adlayan 25 ölkənin iştirakçısı arasında 8-ci olmuşdur.
Azərbaycan təmsilçiləri final mərhələsində 20-ci nömrə altında çıxış edirdilər. Azərbaycana ən çox xal verən Türkiyə və Macarıstan (12 xal) olmuşlar. Bundan əlavə, Ukrayna (10 xal), Rusiya (10 xal), Çexiya (10 xal), Makedoniya (8 xal), Belarus (8 xal), Moldova (8 xal), Belçika (7 xal), Andorra (7xal), Polşa (7 xal), Litva (7 xal), Latviya (4 xal), Yunanıstan (3 xal), Bolqarıstan (3 xal), İsrail (3 xal), Rumıniya (2 xal), Niderland (2 xal), Sloveniya (1 xal) və Almaniyanın (1 xal) Azərbaycana verdiyi səslər Elnur Hüseynov və Samir Cavadzadə duetinin yekun nəticəsinə təsir göstərmişdir.
Birinci yeri isə Rusiya müğənnisi Dima Bilan tutmuşdur. Ukrayna təmsilçsi Anya Lorak ikinci, Yunanıstan ifaçısı Kalomira isə üçüncü olmuşdur. Beləliklə, gələn il “Avrovziya” müsabiqəsi Rusiyada təşkil ediləcəkdir



Bakı vaxtı ilə gecə saat 00:00-da Avropa ölkələrinin diqqəti balkanların ən böyük salonu sayılan Belqrad arenasına yönəldi . Avroviziya mahnı müsabiqəsinin finalçıları dünyanın 300 milyona yaxın tamaşaçısı qarşısında sonuncu dəfə çıxış etdilər. 52 illik tarixə malik Avroviziya yarışmasının qran-pri mükafatı uğrunda ilk dəfə mübarizəyə qoşulan Azərbaycanı təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə dueti səhnəyə sayca iyirminci çıxdılar. Rok, opera və muğamın sintezindən ibarət "Day after day" mahnısına hazırlanan xeyir və şərin əbədi qarşıdurmasından bəhs edən mini tamaşa ilə iblis və mələk simasında tamaşaçı qarşısına çıxan azərbaycanlı cütlüyün əsas rəqibləri Rusiya, Yunanıstan, Ukrayna və Ermənistan təmsilçiləri hesab olunurdular.
Elə gözlənilən kimi də oldu. Dünyanın müxtəlif ölkələrindən göndərilən səslərin əksəriyyəti məhz Dima Bilana göndərildi və o 272 xalla "Avroviziya-2008"-in qalibi seçildi.
Beləliklə Avroviziyanın növbəti ev sahibi Rusiya olacaq.

İkinci yerdə Ukrayna, üçüncü yerdə isə Yunanıstan qərarlaşdı. Azərbaycana göndərilən səslərə gəldikdə isə ölkəmizi təmsil edənlərə ən yüksək səs qonşu Türkiyədən və təəccüblü də olsa Macarıstandan verdilər. Əlbəttə ki, Azərbaycan da bunu əvəzsiz buraxmadı və Türkiyəyə yeganə 12 xalı məhz elə Azərbaycan verdi. Elnur Hüseynov və Samir Cavadzadə duetinə 10 xal Rusiyadan, Ukraynadan, Moldovadan, Çexiyadan, 8 xal isə Makedoniyadan gəldi. Belçika və Polşada yaşayanlar isə Azərbaycana 7 səs göndərdilər.

Azərbaycan ilk dəfə olaraq bu müsabiqəyə qatılsa da, bir çox ölkələri geridə qoydu. Qeyd edək ki, Belqrad müsabiqəsinin təşkilatçıları bir neçə rekorda imza atıb: bu dəfə keçirilən "Avroviziya"da ilk dəfədir ki, 43 ölkə iştirak edir və bu festivalın 18 min qonağı oldu. Müqayisə üçün deyək ki, 2007-ci ildə keçirilən yarışmanı 15 min tamaşaçı izləyib.
Alıntı ile Cevapla